Avtovağzallara pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib

Avtovağzallara pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri müəyyənləşib


Azərbaycanda avtovağzala (avtostansiyaya) pasportun verilməsinə görə dövlət rüsumu alınacaq. "APA-Economics" xəbər verir ki, bu, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.


Layihədə avtovağzala (avtostansiyaya) pasportun verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib. Belə ki, avtovağzala pasportun verilməsi üçün 600 manat, avtostansiyaya pasportun verilməsi üçün 400 manat dövlət rüsumu alınacaq.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi "Avtomobil nəqliyyatı haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...