Milli Məclisin də xərcləri azaldılır

Milli Məclisin də xərcləri azaldılır


Milli Məclisin 2016-cı il üçün nəzərdə tutulan xərcləri azaldılır.

“GUNDEMİNFO”nun Trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında” Milli Məclisin 2015-ci il 20 oktyabr tarixli qərarına edilən dəyişikliyə əsasən, Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetası 22 694 934 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, Milli Məclisin 14 oktyabr 2015-ci il tarixli iclasında 2016-cı il üçün xərclər smetası 22 745 955 manat müəyyən edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...