Neft yenə də ucuzlaşmağa başladı
Bayram günlərində dollar bu qiymətə olacaq.Dünya birjalarında neftin qiymətində ucuzlaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 41.20 dollar təşkil edir.
“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən gün 40.18 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 39.44 dollar müəyyən olunub. Ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,53 dollar bahalaşaraq 42,63 dollar təşkil edib.
Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,33 dollar olub. Platinin 1 qramı 31.27 dollar, palladiumun 1 qramı isə 18.96 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.
AMB-dən verilən məlumata görə, 18.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5971 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.8066 manat, Rusiya rublu isə bahalaşaraq 0.0235 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3099 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5609 AZN dəyərində müəyyənləşib.Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bayram günləri müddətində və 28.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5876 səviyyəsində müəyyən olunub.
1023 dəfə oxundu