Baş nazir: İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir

Baş nazir: İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir


İsrail Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Trend-in Kanal7 telekanalına istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib. Baş nazir qeyd edib ki, İsrail hər zaman Türkiyə ilə yaxınlaşma siyasətini dəstəkləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə ilk dəfə İsrail prezidenti Reuven Rivlin ilə telefon danışığında terrorizmə qarşı mübarizədə ölkəsinin İsraillə əməkdaşlığa hazır olduğunu bildirib. Türkiyə ilə Rusiya arasında münasibətlərin pisləşməsindən sonra bir sıra Türkiyə KİV-i xəbər vermişdi ki, Türkiyə və İsrail əvvəlki münasibətlərini bərpa edəcək. Hansı ki, 2010-cu ildə "Azadlıq donanması" insidenti ilə pisləşib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara və Təl-Əviv arasında gizli danışıqlarla bağlı faktı təsdiqləyib. Nazir bildirib ki, danışıqlar olmadan Türkiyə-İsrail əlaqələrinin yaxşılaşmasında hər hansı uğur əldə etmək çətindir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
942 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...