Rus turistlər Bakıya axışır - Satışlar 3 dəfə artıb

Rus turistlər Bakıya axışır -


Rusiyanın “Kommersant” qəzeti vətəndaşların hansı xarici ölkələrdə istirahət etməsi ilə bağlı araşdırma aparıb. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Misirə aviareyslərin ləğv olunması və Türkiyəyə “putyovka”ların satışına qadağa qoyulandan sonra rus turistləri həm ölkə daxili - Krım, Krasnodar kimi bölgələrə, həm də qonşu postsovet respublikalarına səfər etməyə üstünlük verirlər.

“Gürcüstan, Azərbaycan və Ermənistana bron edilən turların sayı 50% artıb”, - deyə Delfin şirkətinin baş direktoru Sergey Romaşkin bildirib. Şirkətin qiymətləndirməsinə əsasən bu yay Gürcüstana 200-300 min rus turist səfər edəcək. “İnturist” turizm agentliyinin satış direktoru Sergey Tolçin isə Azərbaycan, Ermənistan və Gürcüstan istiqamətində satışların 3 dəfə artdığını deyib.

“Azərbaycan istiqamətində satışlar 3 dəfə artsa da, bazar üçün böyük göstəricidən söhbət getmir”. “DaTravel.com” turizm saytının baş redaktoru Vladislav Şevçov isə rus turistlər arasında Bişkek, Tbilisi və Bakının populyar olduğunu bildirib “Yanvar-aprel aylarında Bakı və Tiflis istiqamətində satılan biletlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artıb”. Turizm ekspertləri bu tendensiyanı rusiyalı turistlərin Türkiyə və Misir yerinə yeni istirahət marşrutu axtarması ilə əlaqələndirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...