YAP Rüstəm İbrahimbəyovun Bakıya gəlib-getməsi haqda

YAP Rüstəm İbrahimbəyovun Bakıya gəlib-getməsi haqda


"İnsanın yaxınının yas mərasiminə gəldikdən sonra onun hüquq-mühafizə orqanlarına, hətta törətdiyi cinayətə görə belə çağırılması humanistlik prinsiplərinə ziddir". Bunu "Report"a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə kinodramaturq, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qardaşı Maqsud İbrahimbəyovun yas mərasimində iştirak etmək üçün Azərbaycana buraxılmasına münasibət bildirərkən deyib ki, bu presidentin özü Azərbaycan dövlətinin humanistliyini, insana diqqəti hər şeydən üstün tutduğunu göstərir: "Onun ölkədə sərbəst hərəkəti humanistliyin göstəricisidir".

Qeyd edək ki, kinodramaturq Rüstəm İbrahimbəyov qardaşının dəfnində iştirak etmək üçün yaşadığı Moskva şəhərindən Bakıya gəlib. O, Bakıda bir neçə gün qaldıqdan sonra Rusiyaya dönüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...