Ölmüş erməni əsgərləri - VİDEO
Aprelin 2-də cəbhə xəttində qanlı döyüşlər zamanı Azərbaycan Silaqhlı Qüvvələri tərəfindən öldürülmüş erməni hərbçilərin meyitlərinin videosu yayılıb.
Sosial şəbəkələrdə yayılan videoda erməni hərbçilərinin meyitlərinin səngərdə qaldığı görünür. Məlum olduğu kimi aprelin 2-nə keçən gecə baş verən döyüşlər nəticəsində Azərbaycan ordusu torpaqların bir hissəsini işğaldan azad edib. Bu erməni hərbçilərinin meyitləri də azad olunan Azərbaycan Ordusunun nəzarətindəki ərazilərdədir.
"Azeridefence" xəbər verir ki, Füzuli-Cəbrayıl istiqamətində təkcə Lələtəpə yüksəkliyində Ermənistan Ordusuna məxsus möhkəmləndirilmiş mövqelərdə 21 erməni hərbçisinin meyitinin qaldığı bildirilir. Hərbçilər birinci eşalon müdafiə mövqelərində çox sayda erməni əsgərinin meyitinin qaldığını bildirirlər. Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
1668 dəfə oxundu