Tərtərdə Azərbaycan dilinin qorunması problemi FOTOLAR
“ Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” mövzusunda təlim keçirildi
İyulun 4-də “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” mövzusunda Tərtər şəhər Gənclər Mərkəzində ixtisasartırma təlimləri keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov tədbir iştirakçılarını salamlayaraq “Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafında gənclərin vətəndaşlıq vəzifələri” mövzusunda keçirilən təlimin ədəbi dilimizin özünəməxsusu inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması, bu sahədə olan problemlərin aradan qaldırılması əhəmiyyətindən danışdı.
Sonra “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İB-nin sədri Yusif Ağayev çıxış edərək, layihə haqqında məlumat verdi, bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycan dilinin inkişafı ilə bağlı Azərbaycan Dövlətinin apardığı siyasətə dəstək verməkdən ibarətdir. Qeyd etdi ki, Azərbaycan dili milli təhsil, milli birlik deməkdir.
Hər vasitə ilə ana dilinin saflığını, varlığını qorumaq lazımdır. Missiyamız bu dili inkişaf etdirmək, gələcək nəsillərə ötürməkdir.
Müzakirələrdə İntiqam Nuriyev, Zülfiyyə Abdullayeva və Yasin Abdullayev də iştirak etmişdir. Sonda tədbir iştirakçılarına ictimai birliyin sertifikatları və mövzu ilə bağlı maarifləndirici materiallar paylanmış və ictimai birlik tərəfindən rayon Gənclər və İdman İdarəsinə təşəkkürnamə təqdim edilmişdir.
866 dəfə oxundu