​"Alfa Sığorta" və "Kapital Menecment" şirkətləri satılacaq

​"Alfa Sığorta" və "Kapital Menecment" şirkətləri satılacaq


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) nəzarətinə keçirdiyi "Alfa Sığorta" ASC və "Kapital Menecment İnvestisiya Şirkəti" ASC-ni satışa çıxaracaq. Bunu "Report"a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, bu müəssisələr ləğvetmədə olan "Texnikabank" ASC-nin törəmə qurumlarıdır. ADİF isə ləğvedici kimi daim bu şirkətlərin sahibi ola bilməz: "Təbii ki, ləğvedici olaraq bu şirkətləri həmişə idarə etməyəcəyik, onlara kapital qoymayacağıq. Hər iki şirkət "Texnikabank"ın aktivləridir və qanuna əsasən, bankın öhdəliklərinin yerinə yetirilməsi üçün onları başqa fiziki və yaxud hüquqi şəxsə satmalıyıq, bu aktivlərdən faydalanmalıyıq. Fond yalnız ehtiyac olarsa həmin şirkətlərdə sağlamlaşdırma tədbirləri həyata keçirə bilər".

Xatırladaq ki, "Texnikabank"ın lisenziyası 2016-cı il fevralın 1-də Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə ləğv edilib. Qurum öz qərarını Bankın məcmu kapitalın minimum məbləği ilə bağlı tələbə (50 mln. manat) əməl etməməsi, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olması, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əlaqələndirib.
Bankın ləğvedicisi ilk öncə “M.M.M. Perfekt Konsaltinq” MMC olsa da, sonradan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bu səlahiyyət ADİF-ə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...