"ASAN Xidmət"də vakant vəzifələrə qəbulla bağlı müsabiqə elan edilir

"ASAN Xidmət"də vakant vəzifələrə qəbulla bağlı müsabiqə elan edilir

"ASAN Xidmət" mərkəzlərində vakant vəzifələrə xidmətə qəbulla bağlı müsabiqə elan edilir.

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə 5 saylı Bakı "ASAN xidmət" mərkəzində 20, Sabirabad "ASAN xidmət" mərkəzində 14, Bərdə "ASAN xidmət" mərkəzində 17, ümumilikdə 51 vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, boyu 160 santimetrdən yuxarı, əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.

- 5 saylı Bakı "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olanlar Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə;
- Sabirabad "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Sabirabad və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Sabirabad Rayon Polis Şöbəsinə;
- Bərdə "ASAN xidmət" Mərkəzinə müsabiqədə iştirak üçün - Bərdə və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olanlar Bərdə Rayon Polis Şöbəsinə müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-ci ilin iyul ayının 10-dək həftənin iş günləri saat 10-dan 17-dək elanda göstərilən polis orqanlarına müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün).

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-95-23 - DİN Baş Kadrlar İdarəsi
(012) 590-82-17 - DİN Baş Kadrlar İdarəsi
(020) 205-28-02 - Bərdə RPŞ
(021) 235-70-56 - Sabirabad RPŞ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...