ADİF “Parabank” və “Dekabank”a qarşı tələbləri olanlara müraciət edib

ADİF “Parabank” və “Dekabank”a qarşı tələbləri olanlara müraciət edib


Əmanətlərin Sığortalanması Fondu lisenziyazı ləğv edilmiş “Parabank” ASC və “Dekabank” ASC-yə qarşı tələbləri qeydə almağa başlayıb.

Fonddan Gundeminfo.az -a verilən məlumata görə, banka qarşı tələblər avqustun 27-dən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

– kreditorun adı ünvanı;
– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
– tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Xatırladaq ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1 (81)-3618/2016 saylı qərarı ilə “Parabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə “Dekabank” ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu 25.07.2016-cı il tarixdən “Dekabank”ASC-nin Ləğvedicisi kimi fəaliyyətə başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...