Bakıda kirayə mənzillər bahalaşıb

Bakıda kirayə mənzillər bahalaşıb

“İyunun ayının ilk yarısında kirayə mənzil bazarında qısa müddətə təklif edilən evlərin qiymətində artımlar müşahidə edilib

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı monitorinqin nəticələrinə görə, Birinci Aropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı olaraq paytaxtın bir və ikinci zonalarındakı kirayə bazarında tələb yüksəlib”.

Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.


O qeyd edib ki, qiymət artımları da məhz qısa müddətli dövrdə, xüsusən də 1 ay müddətinədək təklif edilən kirayə evlərdə müşahidə edilib: “Belə ki, oyunları izləmək üçün ölkəmizə gələn turistlərin bir qismi öz pullarına qəanət etmək və daha uzun müddət Azərbaycanda qalmaq üçün üçün hotellərdə deyil, evlərdə yaşamağa üstünlük veririlər. Eyni zamanda, paytaxtda yerləşən hotellərin böyük əksəriyyəti 4 və ya 5 ulduzlu olduğu üçün onların təklif etdiyi qiymətlər yüksəkdir. Buna görə də, “budget hotellər”in sayı az olduğu üçün turistlərin bir qismi evlərə üz tuturlar.
Təəssüf ki, kirayə ev sahibləri, xüsusən də məzil alqı-satqısı ilə məşğul olan ofislər süni şəkildə kirayə evlərinin qiymətini yüksəldiblər”.

İSİM-in monitoriqləri göstərir ki, şəhərin mərkəzində bəzi mənzillərin bir aylıq kirayə haqqları hətta 3 min manatadək artırılıb: “Baxmayaraq ki, həmin mənzillər ötən ay 1000-1500 manata təklif edilirdi. Bu isə, ölkəmizə gələn turistlərin sayının artmasından evlərin kirayə verilməsi ilə məşğul olanların süni şəkildə qazanc əldə etmək istəyi ilə bağlıdır”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...