“Qara bazar”da da DOLLAR SATIŞINA limit qoyuldu

“Qara bazar”da da DOLLAR SATIŞINA limit qoyuldu


Bankların ardınca “qara bazar”da da dolların satışına limit qoyulub. Məlumatlara görə, hazırda Bakıda “qara bazar”da 1000 dollardan artıq valyuta satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda, dolların “qara bazar”da alış-satış qiyməti də bu gün artıb. 1 dolların satış kursu 1,76 manatdır. Alış qiyməti isə 1,75 manat müəyyən edilib. Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə “bazarlıq” edirlər. (fins.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...