Qaz Emalı Zavodunda ekoloji pozuntular aşkarlandı

Qaz Emalı Zavodunda ekoloji pozuntular aşkarlandı


“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Qaz Emalı Zavodunun ərazisinə baxış keçirilərkən çoxlu metal tullantılarının və təmir olunan qurğunun yanında müxtəlif növ tullantıların olması, formalaşan bərk-məişət tullantılarının çeşidlənməməsi kimi ekoloji pozuntu hallarına rast gəlinib”.

APA-nın xəbərinə görə, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində öz əksini tapıb. “Qaz Emalı Zavodunun ərazisində istehsalatda formalaşan tullantı sularının çökmə prosesi keçdikdən sonra təmizlənmədən Xəzər dənizinə axıdılması davam etdirilərsə, bu, dənizin daha da çirklənməsinə gətirib çıxara bilər” – deyə bülletendə qeyd olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...