Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü - RƏSMİ

Dövlət büdcəsində kəsir bir milyard manatı ötdü -


Cari ilin 8 ayında Azərbaycanın dövlət büdcəsinə 8 milyard 281 milyon manat vəsait daxil olub, büdcədən 9 milyard 348 milyon manat vəsait xərclənib.

Mia.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Büdcənin icrasında yaranmış 1 milyard 67 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,8%-i səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 7 milyard 7,5 milyon manat, xərcləri 8 milyard 193,5 milyon manat təşkil edib.

Büdcənin icrasında 1 milyard 186 milyon manatlıq və ya ÜDM-in 3,7%-i qədər kəsir yaranıb. Bununla da büdcə kəsirinin həcmi aylıq müqayisədə 10%, ÜDM-ə nisbəti isə 0,9% bəndi azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
869 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...