Polis Referenduma görə gücləndirilmiş iş rejiminə keçir

Polis Referenduma görə gücləndirilmiş iş rejiminə keçir


Azərbaycan polisi sabahdan referendumla əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Daxili işlər nazirliyindən AzVision.az-a verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən Azərbaycan polisi sentyabrın 24-dən 29-dək gücləndirilmiş iş rejimində işləyəcək.

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...