Vətəndaşın intim sualına hüquqşünaslardan cavab 18+

Vətəndaşın intim sualına hüquqşünaslardan cavab

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Oxucunun göndərdiyi maraqlı suala aydınlıq gətirmək məqsədilə hüquqşünaslara müraciət etdik.

Sual: Əgər oğlan bakirə qızla cinsi əlaqədə olarsa, sonra evlənməkdən imtina edərsə, hansısa məsuliyyət daşıyırmı? Bəs qızın qohumları (qardaşı, atası, dayısı oğlu) oğlanın qızla evlənməsi üçün onu hədələsələr hansısa məsuliyyət daşıyırlarmı?

Hüquqşünas Fərhad Mehdiyev: “ Əslində, heç bir cinayət tərkibi yoxdur. Könüllü şəkildə cinsi münasibətdə olma, şəxs 16 yaşını keçibsə, məsuliyyətə səbəb olmur. Heyvanlara qarşı törədildikdə isə, zorakılıqla müşahidə olunarsa inzibati məsuliyyətə səbəb olur. Lakin, könüllü sürətdə öz bakirəliyindən vəda etmiş xanım, ailəsinin təzyiqi ilə polisə zorlama barəsində şikayət versə, belə olan halda cinayət işi başlayır və oğlanın məsuliyyətə cəlb olunur.“

Hüquqşünas Fariz Namazlı : “ Adətən bu tip işlərdə oğlan qızla evlənmədikdə, qız zorlanması barədə şikayət verir, bir onun ifadəsinə görə oğlana CM 149-cu maddəsi ilə ittiham verilir. Belə bir hadisə baş verib. Ailə qurmaq məqsədilə qız oğlanla qaçıb, 10 gün bir yerdə yaşayıblar, sonra oğlan qızdan ayrılıb. Qız da məhkəməyə zorlanma iddiası ilə müraciət edib, nəticədə oğlanı həbs ediblər.“


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...