Erməni nazir Bakıya zəng edir

Erməni nazir Bakıya zəng edir
Avropa Oyunlarına qatılmaq və ya qatılmamaq barədə sual heç vaxt Ermənistan nümayəndə heyətinin qarşısında olmayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın idman naziri Qabriel Kazaryan deyib. “İdmanı siyasətlə qarışdırmaq lazım deyil. Avropa Oyunları Bakının mülkiyyəti deyil. Bu oyunları Beynəlxalq Olimpiya Komitəsinin tərkibinə daxil olan Avropa Olimpiya orqanları keçirir. Ona görə də, bizim ora getməməyimiz üçün heç bir əsas yox idi”, - deyə Kazaryan vurğulayıb.


Nazir qeyd edib ki, şəxsən özü hər gün Bakıda olan erməni komandası ilə əlaqə saxlayır və onların vəziyyəti ilə maraqlanır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...