Gömrükdə 25 min ədəd siqaretin ölkəyə qeyri-qanuni keçirilməsinin qarşısı alınıb

Gömrükdə 25 min ədəd siqaretin ölkəyə qeyri-qanuni keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Bu barədə DGK-dan bildirilib. Məlumata görə, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24800 ədəd siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...