MANATLA PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ ARTIB ...

MANATLA PROBLEMLİ KREDİTLƏRİN HƏCMİ ARTIB ...


Azərbaycanda manatda verilmiş kreditlər üzrə ödəmə vaxtı keçmiş kreditlərin həcmi 2016-cı il sentyabrın 1-nə 754,8 mln. manat təşkil edib ki, bu da avqustun 1-nə nisbətən 42,9 mln. manat və ya 6,02% çoxdur

İlin əvvəli ilə müqayisədə isə manatla vaxtı keçmiş kreditlər 85,4 mln. manat və ya 10,16% azalıb. Bu kreditlərin manatla məcmu kreditlərdə payı son bir ayda 0,39 faiz bəndi, ilin əvvəlindən isə 0,98 faiz bəndi artaraq 8,62%-yə çatıb.

Mərkəzi Bankın statistikasına görə, milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin həcmi avqustun 1-nə nəzərən 6,8 mln. manat və ya 4% artaraq sentyabrın 1-nə 176,4 mln. manat təşkil edib. İlin əvvəlindən isə 91,8 mln. manat və ya 34,23% azalma olub. Milli valyutada verilən qısamüddətli kreditlərdə problemli kreditlərin xüsusi çəkisi 13,3% təşkil edib. Bir ay əvvəl bu göstərici 12,95%, ilin əvvəlində isə 15,1% olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...