"AŞPA Komitəsinin Azərbaycan hakimləri ilə bağlı qərarı qərəzlidir"

"AŞPA Komitəsinin Azərbaycan hakimləri ilə bağlı qərarı qərəzlidir"

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi

- Bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Avropa Məhkəməsi hakimlərinin seçilməsi üzrə Komitəsinin iclasında Azərbaycandan təqdim edilmiş namizədlər üçün müsahibə keçirilib. Amma nəticə qənaətbəxş olmayıb. Bu məsələyə münasibətinizi bilmək istəyərdik.

- İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş namizədlər ədalətli, açıq və şəffaf prosedur nəticəsində seçilib. Müvafiq elan Məhkəmə-Hüquq Şurası tərəfindən kütləvi informasiya vasitələrində dərc edilib və iki mərhələdə, yəni yazılı test və müsahibə çərçivəsində namizədlərin siyahısı müəyyən edilib.

Bildirməliyəm ki, Azərbaycandan başqa həmçinin digər 4 dövlət tərəfindən təqdim edilmiş namizədlər üçün də müsahibə keçirilib. Həmin iclas qapalı qaydada keçirilsə də, bizdə olan məlumatlar onu deməyə əsas verir ki, Azərbaycana qarşı yenə də qərəzli mövqe tutulub. Misal üçün, Lüksemburqdan irəli sürülmüş namizəd Komitə üzvlərinə bildirib ki, bu ölkədə seçmə prosedurları şəffaf olmayıb və o, ümumiyyətlə necə bu siyahıya daxil olduğunu bilmirdi. Buna baxmayaraq, Komitə bu ölkənin siyahısını AŞPA sessiyasına təqdim edib.

- Əli müəllim, amma ekspertlər bildirirlər ki, Azərbaycandan təqdim edilmiş siyahıda hökumətin nümayəndəsi, yəni onların fikrincə, Avropa Məhkəməsində baxılan işlərdə maraqlı tərəfin olmasına görə həmin siyahı AŞPA sessiyasına təqdim edilmədi.

- Elə bu yanaşmanın özü subyektiv və qərəzlidir. Ermənistanın siyahısında Ermənistan vətəndaşları adından Avropa Məhkəməsinə 160-dan artıq şikayət göndərmiş şəxs bura daxil edilib. Yəni, Komitə üzvlərinin fikrincə, bu hal namizədin obyektivliyinə xələl gətirmir, amma Azərbaycan səlahiyyətli nümayəndəsinə münasibətdə tam əks mövqe tutulur.

- Bəs Azərbaycan tərəfi yenidən təkrarən namizədləri təqdim edə bilərmi?

- Azərbaycan dövləti öz suveren hüququndan istifadə edərək, istədiyi namizədləri AŞPA-ya yenidən təqdim edə bilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...