AMEA-nın dosentindən şok müraciət - İTTİHAM
“Təzadlar” qəzetinə istinadən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dosenti E.Hüseynovun AMEA-nın Prezidenti Akif Əlizadəyə və YAP rəhbərliyinə müraciətini təqdim edir:
...30 ilə yaxındır ki, AMEA Memarlıq və İncəsənət İnstitutunda (AMEA Mİİ) çalışıram və işlədiyim bu müddət ərzində heç bir siyasi mənsubiyyətim olmamışdır. İllərdir, İnstitutumuzda müxalifət partiyaları üzvlüyünün adda-budda konsentrasiyası sezilsə də, əvvəlcə direktor müavini və indi də Mİİ direktoru Ə.Ə.Salamzadənin bu məsələyə bəsit münasibəti səbəbi ilə bu elm ocağında YAP-a münasibət xüsusilə “ürəkaçan” olmamışdır. Özü YAP üzvü olmadığından və əslində digər müxalifətyönlü partiyaya simpatiyasından Mİİ-də YAP-ın İlk Partiya Təşkilatının yaradılması məsələsinə də baraqarası baxmış və hətta deyərdim ki, əngəllər də törətmişdir.
Bu ilin əvvəllərində YAP-ın İnstitutumuzda İlk Partiya təşkilatının demək olar ki, heç bir elan edilmədən, sanki konsperativ tərzdə təsis edilməsindən xəbər tutan kimi, 7 mart 2016-ci il tarixində YAP-a qəbulla əlaqədar Ərizəmlə müraciət etmişəm. Lakin 8 aydır ki, Akademiyanın veteran aliminin, bir aparıcı elmi işçinin, dosentin, YAP sıralarına daxil olmağa görə verdiyi ərizəsinə baxılmır ki, baxılmır. Paradoksal bir hal yaşanmaqdadır; Mİİ YAP Təşkilatının üzərinə bir əl qoyulmuşdur. Mİİ-dəki bu partiyaya keçid almaq istəyənlərin hamısına müxtəlix üsullarla bildirilmişdir ki, bu Özək Təşkilatının kompakt, az həcmli olması nəzərdə tutulur və iri toplumlar şəklini almayacaqdır. Mİİ Direktorundan təsirləndirilən bu kimi təcəllilər – direktora loyal sayılmayan və komandasına daxil olmayan, pensiya yaşlarına çatmaqda olan və onların da içərisində elmdə prinsipiallıq və elmi-yaradıcılıq baxımlarından bəsit və bir o qədər də öz sözünü deyə bilməyən və burada çoxluq təşkil edən kontingentə aşılanmaqdadır. İnstitutda YAP təsis edilərkən Mİİ direktorunun bu kmi proseslərdəki əsas məqsədi, Mİİ-də özünə müxalif olanların bu təşkilata keçidinin qarşısını birmənalı olaraq almaq olmuş və buradan AMEA Mİİ-də Ərtegin Salamzadənin Heydər ƏLİYEV Partiyasına qarşı məhdudlaşdırıcı prinsiplərinin mövqeyi formalaşmışdır. Bu şəxs heç nədən çəkinmədən və ehtiyat belə etmədən, məhz öz maraqları – buradakı baş alıb gedən mənfi işlərinin Partiya iclasları səviyələrinə çıxarılmaması məqsədlərini güdməklə heç tükü də ürpənmədən illərcə Azərbaycan Milli Elmlər Akademiyası və onun Memarlıq və İncəsənət İnstitutu səviyyəsində ölkənin ideoloji fəqərə sütununu təşkil edən aparıcı və iqtidar partiyası olan YAP-a özünün lokallaşdırma prinsiplərini tətbiq etmişdir – bu ilk baxışda! Digər baxışda isə, onun bu kimi məhdudlaşdırıcı prinsiplərindən sair “astaca və sakitcə” AXCP-dən qaynaqlanan müxalifət maxovikli mexanizmi də AMEA Mİİ-də öz missiyasını illərlə yerinə yetirmişdir. Lakin həmfikirləri və sirdaşları – AMEA Mİİ AXCP Dayaq Təşkilatının illərlə sədri olmuş mərhum əməkdaş Fərman Rzayev və hazırda da elə o partiyadan silahdaşı olan Telman İbrahimovla birlikdə həmin Dayaq Təşkilatına biləvasitə patronajlığı ilə öz himayəsini açmışdır. AMEA Mİİ-də YAP iclaslarının keçirilməməsi ilə davamlı müddətdə hələ “dünənədək” F.Rzayevin Vişnyovkadakı bağında “Qutab məslisləri” adlandırılan məşvərələrdə dəfələrlə şəxsən mövqe göstərən Mİİ direktoru öz dostunun vəfatından sonra da ona öz son xidmətkarlığını göstərmiş və Mİİ əməkdaşlarını toplayaraq AMEA Mİİ-nin xətti ilə avtobusla mərhumun 40 mərasimində qəbrini şəxsən ziyarət etmək və ailəsinə son vəsaitini çatdırmaq üçün maşını Göyçayın düz “Təzə qəbristanlığı”na sürdürmüşdür.
Partiyadaşlara vəsaitlər təkcə bundan ibarət olmamışdır. AMEA Mİİ-nin AXCP qanadı İnstitutun bütün mümkün fondlarından maliyyələşdirilməkdədir. Maliyyə paraqrafları hətta məlum olan iki iş yerində belə əsas ştatla (fərqli əmək kitabçaları ilə) illərlə təmin edilmişdir. Bu kimi hal artıq maliyyə vəsaitlərinin düzgün yönləndirilməməsinin Mİİ-dəki çoxsaylı hallarından biridir və bu hal İnstitutumuzda təkrarlanan hallar məcmusundadır. Özünə müxalif və lakin nisbətən zəif xilqətli və insanları özünün arvadı tərəfdən qohumu olan AR Konstitusiya Məhkəməsinin sədri – Fərhad Abdullayev və onun təsir çevrəsi ilə hədələyərək hələki istədiklərinə nail olmaqdadır. Mən heç nədən çəkinmədən elə bu müraciətimdəcə üzümü cənab Fərhad Abdullayevə tutaraq birbaşa müraciət edirəm: «Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi biləvasitə iştirakınızla Ölkə Prezidentinin təklif etdiyi Konstitusiyaya dəyişikliyini nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək öz müsbət rəyini verdiyi bir halda, bacanağınız AMEA Mİİ direktoru Ə.Ə.Salamzadənin adınızdan istifadə edərək: – bilmirəm bunda ona dəstəyiniz varkən və ya yoxkən, nail olduğu işlər, adınızın arxasında İnstitutun YAP qanadına tutduğu divan və tətbiq etdiyi ekzekutsiyalar nəticə etibarı ilə nəinki Sizə, heç bir yüksək etimad göstərilmiş vəzifəli şəxsə və eləcə də, hətta sıravi məmura belə hörmət gətirə bilməz. Vəzifəsində bu şəxsin əlahiddə olaraq və arxanızdan adlar çəkilməsilə nümayişkəranə etdikləri, ətrafında olanları; bilavasitə qohumu – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri ilə qorxutması, sanıram ki, şərəfli ad-sanınıza xələl gətirməkdən və siyasi səhvdən sair bir şey deyildir»!
Bununla da, 28 sentyabr 2016-cı il tarixli “Təzadlar” qəzetində dərc olunmuş «AMEA-nın Memarlıq institutunda YAP-a sayğısızlıq?» – başlıqlı məqaləmdə getmiş köklü problemləri nəzər-diqqətinizə qaldırmaqla və birbaşa olaraq Sizə müraciət edərək AMEA Mİİ-də yönləndirilməsinə lüzum duyulan sağlamlaşdırıcı və regenrativ tədbirlər kompleksinin tətbiq edilməsinin həlli-zəruriliyi və həlli-labüdlüyü məsələsini önə çəkərək, həmin İnstitutun YAP-a sayğısız direktoru, sərəncamı altındakı sıravi əməkdaşlarına ideya müharibəsi açmış Ə.Ə.Salamzadə barəsində müvafiq tədbirlərin görülməsini və bundan sonra həmin şəxsin intizama dəvət edilməsini lütfən xahiş edirəm.
Elşad Ə. HÜSEYNOV
Aparıcı elmi işçi, AMEA Mİİ-nin dosenti
Redaksiyadan: müraciətdə adı çəkilənlərin də mövqeyini dinləməyə hazırıq.
1013 dəfə oxundu