"Polisə qarşı silah işlədən məhv edilməlidir"- Millət vəkili

"Polisə qarşı silah işlədən məhv edilməlidir"-


“Dini qruplaşmaların imamları bu gün internet vasitəsilə müraciət edirlər. Bu, çox təhlükəlidir və nəzərə alınmalıdır. Dövlətə, onun polisinə qarşı silah işlədən dərhal məhv edilməlidir”.

AzVision.az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib. Millət vəkili bildirib ki, dövlətimizin dini təməllərinin sarsıdılmasının qarşısını almalıyıq: “Bu 25 ildə xaricdə təhsil almağa gedənlər təkcə öz istəkləri ilə getməyiblər. Gələcəkdə də belə olacaq. Bu həssas məsələdir, hamı könüllü getmir. Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin fəaliyyəti bu istiqamətdə gücləndirilməlidir”.

Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Cinayət Məcəlləsindəki dəyişiklik Azərbaycandan xarici ölkələrə gedib orada din adı altında ayr-ayrı qruplaşmalarda fəaliyyət göstərməyin qarşısını alır.

Komitə sədri bildirib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda 3 min nəfər xaricdə dini təhsil alıb: “Azəraycanda 2166 məscid var və onun 1600-ü daimi fəaliyyət göstərəndir. Həmin şəxslərdən 200 nəfəri həmin məscidlərdə bu və ya digər funksiyaları yerinə yetirir. Bu gün Azəraycanda həm Bakı Dövlət Universitetində, həm də İslam Universiteti fəaliyyət göstərir ki, ölkəmiz bu ali məktəblər vasitəsilə öz mütəxəssislərini yetişdirir. Artıq bu proses gedir və davamlı şəkildə aparılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
856 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...