Gələn il Azərbaycan iqtisadiyyatı 1,4% artacaq -

Gələn il Azərbaycan iqtisadiyyatı 1,4% artacaq -


Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı, ÜDM) 2,4% azalacağını proqnozlaşdırır. "APA-Economics" xəbər verir ki, bu barədə IMF-in noyabrının 4-də dərc etdiyi icmalında deyilir.

Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.

Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq. "Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər".

IMF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...