"Bakı 2015-də hakimin qeyri-obyektivliyi araşdırılır"

"Bakı 2015-də hakimin qeyri-obyektivliyi araşdırılır"

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fəriq Qayıbov hakimin qeyri-obyektivliyi haqqında danışıb. "Marina Durundaya qarşı hakimin qeyri-obyektiv olması ilə bağlı deyilənlər hal-hazırda araşdırılır". ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fəriq Qayıbov bu gün keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, hakimlər texniki komitə tərəfindən müəyyən edildiyindən bu haqda başqa heç nə deyə bilməyəcək.

"Amma onu da nəzərinizə çatdırım ki, oyunlardan sonra bizim qurumun İcraiyyə Komitəsinin iclası keçiriləcək. Burada oyunların təşkili, yarışlar, bütün mənfi və müsbət hallar müzakirə olunacaq ki, gələcəkdə belə hadisələr bir daha baş verməsin".

Qeyd edək ki, Marina Durunda Bakı 2015 birinci Avropa Oyunlarında bədii gimnastika üzrə gümüş medalın sahibidir. Lakin bəziləri hakimin Marina Durundaya qarşı qeyri-obyekltiv olduğunu və buna görə qızıl medal qazana bilmədiyini bildirir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1126 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...