İsa Məmmədova dələduzluq ittihamı: “İdeal-İ-İnşaat” MMC-də şok qanunsuzluq

İsa Məmmədova dələduzluq ittihamı:

“İdeal-İ-İnşaat” MMC ilə bağlı qanunsuzluq faktları aşkarlanıb. MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi təqdim olunub.

Tia.az xəbər verir ki, şirkət təsisçisi həm Bakının D.Əliyeva-96 ünvanında (köhnə “Bakı” mehmanxanasının arxasında) inşa etdiyi mənzilləri bir neçə şəxsə satmaqda, həm Xocalı prospektində (metronun “Xətai” stansiyasının arxası) inşasına 12 ildir başladığı çoxmənzilli yaşayış binasını başa çatdırmadan mənzilləri heç bir hüquqi səlahiyyəti olmadığı halda, ayrı-ayrı vətəndaşlara satmaqda ittiham olunub.

“The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi 14 oktyabr 2004-cü ildə, yəni düz 12 il əvvəl “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Məmmədovun şəxsində notariat qaydada inşaat müqaviləsi bağlayıb.
“The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi sahibi olduğu və sadə dildə desək, Xətai rayonundakı keçmiş Şüşə Zavodunun yerinə aid bütün lazımi dövlət sənədləri ilə təxminən 4,2 ha torpaq sahəsində çoxmənzilli binanın tikintisi üçün MMC-nin təsisçisi və baş direktoru İsa Məmmədovla razılığa gəlib. Razılaşdırılır ki, adı çəkilən MMC-nin direktoru İsa Məmmədov 2007-ci ildə binanı tam hazır vəziyyətdə sifarişçi “The Bakı Grour Ltd.” MMC-yə təhvil verir.
Amma podratçı nəinki tikilməmiş mənzilləri satır, həm də özü üçün Türkiyədə mülk qurur. Amma sonradan sifarişçiyə məlum olur ki, İsa Məmmədov artıq mənzil satışına girişib.
Özü də müqavilə şərtlərinə görə 2007-ci ilin 25 may tarixinə kimi təhvil verməli olduğu, lakin təhvil vermədiyi mənzillərin.
İ.Məmmədov həm də heç bir dövlət qəbulundan keçməmiş, tikilib təhvil verilməmiş binanın 1-ci mərtəbəsini artıq iaşə və xidmət sahəsi kimi ayrı-ayrı şəxslərə icarəyə verib, bu azmış kimi, 12 ildir istifadəyə verilməmiş mənzillərin şıdırığı satışı həyata keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...