Azərbaycan ərazisinə nə qədər yağış yağıb?

Azərbaycan ərazisinə nə qədər yağış yağıb?


Azərbaycan ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1125 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...