“Əli Kərimli özünə hörmət qoyursa, siyasətdən getməlidir“

“Əli Kərimli özünə hörmət qoyursa, siyasətdən getməlidir“


“Əli Kərimlinin qurultay sənədləri Ədliyyə Nazirliyi tərəfindən haqlı olaraq geri qaytarılıb” Bu fikirləri Azvision.az-a açıqlamasında AXCP sədri Razi Nurullayev deyib.

O, bildirib ki, əsl AXCP-ni onlar təmsil edir: “Əli Kərimli artıq Azərbaycan siyasətində unudulmuş birisidir. Özü deyib özü eşidir. Beyni yuyulmuş ətrafı ona tərif deyir, o da ətrafı ilə fəxr etdiyini. Lokal hava interneti şəbəkəsi kimi 30-40 kv məsafəni əhatə edirlər. Bu da daralır və 2016-cı ildə o adlı siyasətçi haqqında məlumatları kifsəmiş və əzik-üzük “Azadlıq” qəzetinin əski nömrələrindən oxuyacaqlar”.

R. Nurullayev bildirib ki, xalq uğursuz və nəticəsiz siaysətçiləri sevmir: “Əsl AXCP-ni, Əbülfəz Elçibəyin ruhunun olduğu AXCP-ni biz təmsil edirik. Əli Kərimliyə təklif edirəm ki, siyasətdən getdiyini açıqlasın və bəlkə 2016-cı ilə az da olsa hörməti qala. Siaysətə gəlməyi bacaran adam zamanında da getməyi bacarmalıdır. Biz onu kreslsoundan qopartdıq. Amma hələ də bu illər ərzində onun yaratdığı xaosu və intizamsızlığı təmizləyə bilmirik”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1116 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...