AzAL daxili reysləri bağlayır

AzAL daxili reysləri bağlayır


AzAL Dövlət Şirkəti Bakı-Qəbələ-Bakı reysini bağlayıb və noyabrın 21-dən Bakı-Gəncə-Bakı reysini bağlayacaq. Bunun səbəbi “reyslərin qeyri-rentabelliyi və dolmaması” ilə bağlıdır. Bu barədə AzAL-ın mətbuat xidmətindən bildirilib. Beləliklə, ölkədə yalnız bir daxili reys – Bakı-Naxçıvan-Bakı reysi olacaq.

Son illər hakimiyyət Gəncə, Lənkəran, Qəbələ və Zaqatalada beynəlxalq hava limanlarının inşasına yüz milyonlarla vəsait sərf edib. Bu, nəyə lazım idi və dövlət vəsaitlərinin bu cür əbəs yerə xərclənməsinə görə kim məsuliyyət daşıyır? Hökumət qurumlarından bu suala cavab almaq mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...