Hansı dərmanlar daha çox ucuzlaşıb? - Səhiyyə Nazirliyi açıqlama yaydı

Hansı dərmanlar daha çox ucuzlaşıb? -


Ürək-damar, tənəffüs yolları, həzm sistemi dərmanlarının qiymətləri daha çox endirilib

“Bu günə kimi əsasən ürək-damar sistemi, yuxarı və aşağı tənəffüs yolları xəstəliklərində istifadə olunan dərman vasitələrinin qiymətləri daha çox aşağı endirilib”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O bildirib ki, eyni zamanda həzm sistemi xəstəlikləri, arterial hipertenziya, hiperxolesterinemiya və s. xəstəliklərdə istifadə olunan dərman vasitələrinin də qiymətləri daha çox aşağı endirilib.

P. Əzizbəyov qeyd edib ki, qiymətləri təsdiqlənən əksər dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən aşağı salınıb.

Qeyd edək ki, Tarif (qiymət) Şurası tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Bunlardan 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...