"Müharibə iştirakçılarından biri özünü öldürür, biri özünü asır" - Deputat

"Müharibə iştirakçılarından biri özünü öldürür, biri özünü asır" -
“Müharibə iştirakçısı, şəhid ailəsi xüsusi diqqətə layiqdir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bunun hansısa formada həlli yolu tapılmalıdır:

“Prezident İlham Əliyev, Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bu istiqamətdə çox böyük işlər görülür. Bu cür görülən işlərə xırda problemlərlə kölgə salmaq olmaz. Bu insanlar danışmaq istəyir, onları qəbul etmək lazımdır. Səfərbərlik Xidməti, Müdafiə Nazirliyi, ƏƏSMN, ictimaiyyət nümayəndələri, lap Milli Məclisin deputatlarını da daxil etməklə Komissiya yaradılsın. Bu insanlar dəvət edilsin, onun sənədləri araşdırılsın. Bu qədər görülən işə kölgə salınır. Müharibə iştirakçılarından biri özünü öldürür, biri özünü asır. Qazi gəlir nazirliyə ona cavab verilir ki, sənin sənədlərin kompüterə gəlməyib. Gəlməyib, sən hazırla. Sən nazirlik əməkdaşısan, ona Prezidentin qayğısını hiss etdir. Burada cəmi 1 həftəlik iş var. Bunu etmək böyük problem deyil. 4 aidiyyəti qurum var ki, hərəsinin minlərlə işçisi var. Bu işçilərdən hərəsi 5 nəfər ayırsa, bu problemlər həll oluna bilər. Bunu etmirlər, anti-Azərbaycan qüvvələrin əlinə dəstəvuz verirlər ki, danışsınlar. Bu məsələni yoluna qoyun da!”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
812 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...