İlqar Məmmədov deputat olmaq istəyir - prezidentə müraciət etdi
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevəı müraciət edib.
O öz müraciətində ötən parlament seçkilərində nəticələri ləğv olunmuş seçki dairələri üzrə təkrar seçkilərin keçirilməsini istəyib. Partiya sədri bildirib ki, bu məqsədlə həmin dairlərinin ikisində 1651 seçicinin imzasını toplayıb.
O, 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir Milli Məclisdə təmsilçisiz qaldığını qeyd edib: "Onlardan 186 min 312 nəfər Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün hətta yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar".
Xatırladaq ki, 2020-ci il fevralında Milli Məclisə keçirilən növbədənkənar seçkilərin 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələrini Mərkəzi Seçki Komissiyası ləğv edib.
116 saylı Qəbələ dairəsindən seçilmiş deputat Fəttha Heydərov vəfat edib, 55 saylı Xaçmaz dairəsindən seçilmiş Eldəniz Səlimov həbs edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə isə İçərişəhər Dövlət Qorğu İdarəsinə rəhbər təyin edilib.
576 dəfə oxundu