“Maska istehsalını demək olar ki, dayandırmışıq” - Bakı Tekstil Fabriki

“Maska istehsalını demək olar ki, dayandırmışıq” -
“Tibbi maska istehsalını demək olar ki, dayandırmışıq”. Bunu Modern.az-a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva deyib.
O, Azərbaycanda tibbi maskaya təlabatın kəskin azaldığını bildirib:

“Digər məhsulların istehsalına keçmək üçün layihə hazırlayırıq. İstehsalat sirri olduğundan bu barədə məlumat verə bilmərik. Ancaq bir neçə ay ərzində yeni layihəni təqdim edəcəyik. Ümumilikdə isə maska istehsalını demək olar ki, dayandırmışıq. Hazırda iki avadanlıqda istehsal qalır. İşçilərimizi başqa sahələrə transfer etmişik, işdən çıxarmamaq üçün onlara yeni sahələri öyrətmişik”.

Xatırladaq ki, Azərbaycanda bu ilin mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...