Siyəzəndə beş nəfər balıqdan zəhərləndi, biri öldü

Siyəzəndə beş nəfər balıqdan zəhərləndi, biri öldü


Siyəzəndə 5 nəfər zəhərlənib.
APA-nın xəbərinə görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...