Övladları ilə özünü binadan atan ana və uşağının son vəziyyəti açıqlandı

Övladları ilə özünü binadan atan ana və uşağının son vəziyyəti açıqlandı
Bakıda iki uşağı ilə birlikdə intihara cəhd edən qadının son vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü qadın müxtəlif növ bədən xəsarətləri ilə, 2019-cu il təvəllüdlü uşaq isə qolunda və budunda sınıqlarla Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda qadının vəziyyəti olduqca ağır, uşağın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə ötən axşam Yeni Yasamalda MİDA-nın yaşayış kompleksində baş verib. 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən atıb. Uşaqlardan biri - 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı tibb müəssisəsinə aparılan zaman yolda dünyasını dəyişib. 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və ana Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Aytən Abbasova qaynanası ilə mübahisə etdiyi üçün intihara cəhd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
913 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...