Təhsil Nazirliyi adından aksiya keçirmək istəyən müəllimlər təhdid edilir? - Səs yazısı yayıldı

Təhsil Nazirliyi adından aksiya keçirmək istəyən müəllimlər təhdid edilir? -

Bakıda müəllimlərin Təhsil Nazirliyi qarşısındakı aksiyalarda iştirak etməyinin qarşısını almağa çalışan şəxsin səs yazıları yayılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ictimai fəal Bəxtiyar Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
“Hörmətli Emin müəllim (Emin Əmrullayev, təhsil naziri - red.), bu adam kimdir? Təhsil Nazirliyinin əməkdaşıdır? Yoxsa, hüquq-mühafizə orqanlarının əməkdaşıdır? Müəllimlər hüquqlarının pozulduğunu, MİQ imtahan suallarının kurslara satıldığını iddia edirlər, bu haqsızlığa etiraz etmək istəyirlər. Amma bu adam onları şantaj edir, Konstitusiyada təsbit olunmuş sərbəst toplaşmaq azadlığından istifadə etmək istəyənləri polis dəyənəyi ilə şantaj edir, etiraz aksiyasında iştirak etməyi dağ başında olmaq kimi qələmə verir, ayrı-ayrı müəllimləri təhdid edir, aşağılayır.
Müəllimlərə, ziyalılara etirazın yaraşmadığını deyir. Müəllimlərə çox şey yaraşmır, süpürgə pulu yığmaqdan tutmuş, seçkilərdə xalqın səsini saxtalaşdırmaqda iştiraka qədər. Müəllimə öz haqqını tələb etmək yaraşır elə, bu şəxs üçün isə bu ayıb, cinayət, dağ başında olmaq sayılır, amma sinə arasında topa bülleten daşıyıb, seçki saxtalaşdırmaq “dövlətçiliyə xidmət”?
Bu şəxs TN rəsmi əməkdaşıdırsa, cəzalandırmağınızı xahiş edirəm. Deyilsə, nazirlik adından belə təhdidlər yağdırmasının qarşısı alınmalıdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, paylaşımın şərh bölməsində səs yazısı yayılan şəxsin təhsil eksperti Elşən Qafarov olduğu bildirilib.

Xatırladaq ki, iyulun 16-da sosial şəbəkələrdə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara göndərilməsi ilə iddialar yayılıb. Daha sonra isə Azərbaycan Respublika Təhsil İnstitutu (ARTİ) Müəllimlərin İşə Qəbulu müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıldığı barədə açıqlama yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
726 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...