“Bizim taleyimiz necə olacaq, bilmirəm” – Misir Mərdanov
Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı yaranmış qeyri-müəyyənliyə nəhayət aydınlıq gəlməkdədir. Qeyd edək ki, aprel ayında qurumun ümumi yığıncağı keçirilməli və yeni prezidenti seçilməli idi. Amma bu baş vermədi, R.Mehdiyevdən sonra onun səlahiyyətlərinin icrasını AMEA-nın vitse-prezidenti Arif Həşimov icra etməkdə davam etdi. Ötən həftə Milli Məclisin Vitse-spikeri Adil Əliyev AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevi və Arif Həşimovu ittiham etmişdi.
“Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyin zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonunda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələlik Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib. Korrupsioner komandanın bütün üzvləri hakimiyyətdən uzaqlaşdırılmayanadək Azərbaycan rahat nəfəs ala bilməyəcək”, – deyə vitse-spiker bildirmişdi.
Nəhayət, Prezident İlham Əliyevin imzaladığı fərmanla Təhsil Nazirliyinın adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırılıb. Amma bu, sadəcə ad dəyişikliyi deyil.
Sənədə əsasən, elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib.
Nazirliyin yanında aşağıdakı Agentliklər yaradılıb:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi;
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi.
Fərmana uyğun olaraq, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları, habelə digər qurumları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin Ev Muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.
Nazirlər Kabinetinə (NK) AMEA-nın yeni strukturu və işçilərinin say həddini üç ay müddətində təsdiqləməsi tapşırılıb.
AMEA-ya isə qurumun Ümumi Yığıncağında qəbul edilmiş yeni Nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Prezidentin fərmanını Pressklub.az-a şərh edən keçmiş Təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov bildirib ki, dövlət başçısının qərarını dəstəkləyir: “Bizim taleyimiz necə olacaq, hələ bilmirəm, şübhəsiz ki, yeni qurumlar yaradılıb və yeni təyinatlar həyata keçiriləcək. Gözləyək, daha geniş şərhi bundan sonra atılacaq addımlardan sonra vermək daha doğru olar”.
İqtisad elmləri doktoru, London Universitetinin professoru Qubad İbadoğlu isə bildirib ki, görünür, AMEA-nın da yalnız prezidiumu qalacaq, çünki onun nəzdində olan 24 institut, AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisələr, təsərrüfat-hesablı elmi xidmət müəssisələri (birlikləri) və “AMEA Yüksək Texnologiyalar Parkı” MMC Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
“Açığı, belə görünür ki, heç özləri də nə etdiklərini bilmirlər. Görlməli olan iş isə elmdə və təhsildə rəqabətli mühit yaratmaqdır. Bunu etmək lazımdır”, – o qeyd edib.
693 dəfə oxundu