"Sunset”dəki partlayışda xəsarət alanların vəziyyəti necədir?

"Sunset”dəki partlayışda xəsarət alanların vəziyyəti necədir?

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib.

Bu barədə “Qafqazinfo”ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəsarət alan qadınların birinin bədən səthinin 45 %-i, digərinin bədən səthinin 35-40 %-i, kişinin bədən səthinin isə 60 %-i yanıb.

Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir.

Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...