Ermənistan son döyüşlərdə ölən qadın hərbçilərinin adlarını açıqladı - FOTO

Ermənistan son döyüşlərdə ölən qadın hərbçilərinin adlarını açıqladı -

Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını almaq üçün keçirdiyi əməliyyat nəticəsində qarşı tərəfdən 4 qadın hərbçi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aram Torosyan bildirib.
O, sözügedən qadınların adlarını da açıqlayıb: Susanna Marqari Qriqoryan, Anuş Aşoti Apetyan, Alisa Sureni Melkonyan, İrina Karleni Qasparyan.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Təxribatların qarşısının alınması üçün ordumuz cavab tədbirləri görüb. Hər iki tərəfin itkiləri var.


Ermənistan son döyüşlərdə ölən qadın hərbçilərinin adlarını açıqladı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...