Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi

Qubad İbadoğlunun ailəsi ilə görüşünə icazə verildi
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun ailə üzvləri ilə görüşməsinə qoyulmuş qadağa aradan qaldırılıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Azadlıq radiosu"na onun vəkili Bəhruz Bayramov bildirib.
Vəkilin sözlərinə görə, avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda görüş hüququna qadağanın üç gün öncə aradan qalxdığı bilinib.
Q.İbadoğlu həbsdə olduğu bir aya yaxın müddətdə müstəntiqin qərarı ilə onun yaxınları ilə görüşmək hüququ məhdudlaşdırılmışdı. Vəkillər bu qərardan məhkəməyə şikayət etsə də, Nərimanov rayon Məhkəməsi şikayətə baxmaqdan boyun qaçırmışdı. İmtina qərarından da apellyasiya şikayəti verilmişdi. Avqustun 18-də Bakı Apellyasiya Məhkəməsində bu məsləyə baxılıb.
"Bizim apellyasiya şikayətimiz qismən təmin olundu. Məhkəmə belə nəticəyə gəldi ki, telefon danışığı və görüş hüququnun məhdudlaşdırılması ilə bağlı şikayətimizi Nərimanov rayon Məhkəməsi icraata götürüb baxmalıdır. Bu zaman müstəntiq bildirdi ki, görüş qadağası avqustun 15-də artıq ləğv olunub. Telefon danışıqları ilə bağlı qadağa da iyulun 30-da ləğv olunmuşdu", - vəkil B.Bayramovun sözləridir.
ADR sədrinin səhhəti haqda danışan digər vəkil Fəxrəddin Mehdiyev bildirib ki, o, qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkir. Özəlliklə qapalı ortam və havaların isti keçməsi onun sağlıq durumuna kəskin təsir göstərir.
Xatırladaq ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.
Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.
Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandırıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...