Bakının dostları İrəvanla niyə əlaqə qurur?
Burada əsas məqsəd İrəvanın iradəsi və ya marağı deyil. Həmin ölkələr özü Ermənistanla diplomatik əlaqələri bərpa etməyə meyillidir. Sentyabr ayındakı antiterror tədbirlərindən sonra bu, daha real olub.
Bu sözləri Axar.az-a Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Qarabağın Ermənistan tərəfindən işğal altında olduğu zaman onunla diplomatik əlaqələri kəsən ölkələrin İrəvanla münasibət yaratmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycana dost olan ölkələr regionda yaranacaq yeni layihələrdən kənarda qalmaq istəmir:
“Yəni, Azərbaycan öz məsələsini həll etdikdən sonra regionda yeni geosiyasi reallıq yaranıb. Tranzit infrastruktur layihələri gerçəkləşdirilir. Bizə dəstək verən ölkələr - Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və s. də sözsüz ki, bu layihələrdə iştirak etməlidir. Layihələrin bir hissəsinin Ermənistan üzərindən keçməsi gözlənilir. Ona görə, həmin ölkələrin, əslində Ermənistanla münasibətlərinin normallaşdırması da təbii bir prosesdir”.
Rizvan Hüseynov bildirib ki, rəsmi Bakı prosesləri nəzarətdə saxlamağa çalışacaq:
“Bu, o demək deyil ki, proses rəsmi Bakının nəzarətindən çıxacaq. Sözsüz ki, bizi dəstəkləyən ölkələr bizim mövqeyimizi nəzərə alacaq. Bu proses Azərbaycanın regional və dövlət maraqlarını təmin etməyin üzərindən gedəcək. Əslində, faydalı prosesdir. Biz çalışmalıyıq ki, Ermənistanın aqressiv ritorikasını neytrallaşdıraq. Bunun üçün ona qıraqdan dəstək verən ölkələri neytrallaşdırmaq lazımdır. Bunun da ən gözəl yolu Ermənistanı regional layihələrin bir parçası etməkdir. Bu məsələdə həm Azərbaycan, həm bizə yaxın olan ölkələr bu istiqamətdə fəaliyyətini gücləndirəcək”.
453 dəfə oxundu