Ərdoğanla Putin görüşəcək

Ərdoğanla Putin görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşə hazırlıq gedir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından (PA) bildirilib.

Qeyd olunub ki, iki ölkə liderinin görüşünün detalları diplomatik kanallar vasitəsilə razılaşdırılır.

"Görüş gündəmdədir, diplomatik kanallarla müvafiq işlər aparılır. Hələlik konkret bir razılıq yoxdur", - Türkiyə Prezident Administrasiyasından bildirilib.

Xatırladaq ki, V.Putin 2024-cü ilin əvvəlində R.T.Ərdoğanla görüş planlaşdırdığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...