Rəisi ölümü ərəfəsində hansı qonşularla barışdı?
Mayın 19-da vertolyot qəzasında dünyasını dəyişmiş İran prezidenti İbrahim Rəisi bu gün torpağa tapşırılacaq. Bu gün günorta saatlarında Tehranda dini lider Ayətullah Əli Xamneyinin imaməti ilə prezident İbrahim Rəisi və onunla birlikdə həlak olanların cənazə namazları qılınıb, onlarla vida mərasimi keçirilib.
Artıq məlum olduğu kimi, İranda növbəti prezident seçkiləri elan olunub, iyunun 28-də növbədənkənar prezident seçkiləri keçiriləcək. İran qanunlarına əsasən növbədənkənar seçkiləri vitse-prezident, parlamentin sədri və məhkəmə sisteminin sədrindən ibarət komissiya təşkil edir. Artıq komissiya təşkil olunub və keçid dövründə- seçkilərə qədər ölkəyə vitse-prezident Məhəmməd Möhbər rəhbərlik edəcək. 68 yaşlı Möhbər İbrahim mühafizəkar qanada mənsubdur, islam inqilabında iştirak edib, ölkənin ən böyük iqtisadi vəqflərindən olan “Setad”a rəhbərlik edib. Yeri gəlmişkən, Möhbərin də adı prezidentliyə namizədlər arasında hallanır. Ancaq bu barədə qərarı yəqin ki, “Keşikçilər Şurası” verəcək.
İbrahim Rəisidən sonra İran siyasətində hansısa dəyişiklik olacaqmı? Məlum olduğu kimi, sələfindən fərqli olaraq İbrahim Rəisi ABŞ-la nüvə danışıqlarına qarşı olub, lakin bununla belə İran və ABŞ arasında təmaslar davam edib. Ən son olaraq Omanda mayın 19-da ABŞ-İran danışıqlarının olması barədə xəbərlər yayılıb. Digər tərəfdən, hakimiyyətinin ilk illərində ciddi sanksiyalar səbəbindən İranın xaricə neft satışı minimuma düşsə də, son bir ildə artım qeydə alınıb. Aprel ayında İranın neft hasilatı sutkada 3 milyon 250 min barelə çatıb. Ötən il ərzində İranın neft hasilatının gündəlik 630 min barel olsa da, son iki ayda neft satışı artıb. Paralel olaraq neft gəlirləri də artıb.
Bu kursun Rəisidən sonra da davam edəcəyini gözləmək olar. Bundan başqa, regional siyasətdə ciddi dəyişikliyin olacağını gözləməyə gərək yoxdur. Fələstin məsələsində, İsrailə qarşı siyasətin dəyişəcəyi gözlənilmir.
O cümlədən, region ərəb ölkələri, həmçinin Türkiyə, İraq və digər qonşu ölkələrlə münasibətlərdə ciddi dəyişiklik gözlənilmir. Qonşu ölkələrdən söz düşmüşkən, İranın son illərdə 4 qonşu ölkə ilə münasibətlərində ciddi problemlər olub. Bunlar İraq, Azərbaycan, Əfqanıstan (Taliban) və Pakistandır.
İraqla rəsmi siyasi əlaqələrdə problem olmasa da, İraqın şimalında kürd silahlı qrupların vaxtaşırı İran ərazisinə sızması, eləcə də kürdlərin İraq üzərindən silahlanması Tehranı ciddi narahat edib. İki il əvvəl İran ordusu buna görə İraq ərazisindəki “PEJAK” və “Komala” qruplarının qərargahlarını bombalayıb. Ancaq İraq kürd muxtariyyəti liderinin Tehrana bu ay baş tutan səfəri göstərdi ki, bu problem tam olaraq həllini tapmayıb.
İranın son illərdə ciddi böhran yaşadığı ikinci ölkə Əfqanıstandır. 2021-ci ildə Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi Tehran üçün ciddi başağrısına çevrilib. Doğrudur, ilk aylarda “Taliban” islam aləmindən dəstək almaq üçün Tehrana isti mesajlar verib. Ancaq sonradan sərhəd məsələsi, eləcə də şirin su bölgüsü, xüsusən də Hilmand çayının suyunun İrana lazımı qədər buraxılmaması “Taliban” və İran arasında sərhəddə silahlı toqquşmalara qədər gedib çıxıb. Eyni zamanda İrandakı əfqanıstanlı qaçqınlar mövzusu da “Taliban”-Tehran münasibətləri üçün ciddi sınaq olub. Güman ki, bu problem yenə də davam edəcək.
İranın digər iki qonşusu ilə olan problemləri isə aradan qaldırılıb. Maraqlıdır ki, İranın Azərbaycan və Pakistanla son illərdə yaranan gərginliyini İbrahim Rəisi ömrünün son günlərində həll etməyə imkan tapıb.
Pakistanla İran münasibətlərində son illərdə yaranmış soyuqluq bu ilin əvvəlində kulminasiya nöqtəsinə çatdı. Yanvarın 17-də İran ordusu Pakistan ərazisində İranla sərhədə yaxın Bəlucistan bölgəsində “Ceyş əl-Ədl” (“Ədalət ordusu”) adlı bəluc separatçı silahlı qruplaşmasının düşərgəsini hədəfə alıb. Hadisə iki qonşu arasında münasibətləri o qədər gərginləşdirib ki, səfirlər “məsləhətləşmə” üçün geri çağırılmalı olub.
Pakistan Silahlı Qüvvələri bu hadisəyə cavab olaraq bir neçə gündən sonra İran ərazisində yenə də bəluclardan ibarət olan, Pakistan ordusuna qarşı silahlı hücumlar həyata keçirdiyini iddia etdiyi qruplara zərbələr endirib.
Apreldə İran prezidentinin Pakistana 3 günlük səfərinin əsas hədəfi iki ölkə münasibətlərində yaranmış soyuqluğu aradan qaldırmaq oldu. Və buna böyük ölçüdə nail olundu. Belə ki, iki ölkə arasında qaz kəməri inşası, ticarət həcminin artırılması, nəhayət İŞİD, “Taliban” və bəluc separatizminə qarşı birgə mübarizə ilə bağlı ortaq qərarlar alınıb. Bilindiyi kimi tarixi Bəlucistan bölgəsinin böyük hissəsi Pakistanın payına düşür (44%, 13 milyon nəfər), ikinci yeri İranın Sistan-Bəlucistan əyaləti (181 min kv.km, 2,3 milyon nəfər) tutur. Bəlucistanın 3-cü nisbətən kiçik hissəsi isə Əfqanıstan ərazisinə düşür. Əfqanıstanın Nimruz, Helmand və Qəndəhar vilayətləri bəlucların məskunlaşdığı ərazilərdir.
İbrahim Rəisinin ölümündən sonra Pakistanda 1 günlük matəm elan olunması da göstərir ki, iki ölkə arasında münasibətlərdəki soyuqluq tam olaraq aradan qaldırılıb.
Nəhayət, Azərbaycan-İran münasibətlərinə gələk. Cənub qonşumuzla münasibətlərimiz hər zaman enişli-yoxuşlu olsa da, 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə əlaqələrdə ciddi soyuqluq müşahidə olunub. İranda rəsmi və qeyri-rəsmi dairələr Azərbaycana qarşı ittihamlar səsləndirib. Hətta İran ordusu Azərbaycan sərhədlərində hərbi təlimlər keçirib. 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə hücum və səfirlik əməkdaşının qətlə yetirilməsi münasibətlərdə qırılma nöqtəsi olub.
Ancaq Azərbaycan prezidenti İlham Əliyev münasibətlərin ən sərt vaxtlarında iranlı həmkarını ittiham etməyib, İran daxilində müəyyən qrupların və eləcə də xarici qüvvələrin iki ölkə münasibətlərini pozmağa çalışdığını qeyd edib.
2021-ci ilin dekabrında İƏT dövlət başçılarının Sammitində, 2022-ci ildə Xəzəryanı dövlət başçılarının sammiti çərçivəsində Aşqabadda, həmçinin 2023-cü ilin noyabrında Daşkənddə Azərbaycan və İran prezidentləri arasında görüşlər keçirilib və bu görüşlər müsbət atmosferdə və dostluq mesajları ilə müşayiət olunub.
Mayın 19-da ölümündən bir neçə saat əvvəl isə Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Bununla da rəsmi olaraq ikitərəfli münasibətlərdə böhranın aradan qalxdığı mesajı verilib.
Buna qədər isə 2023-cü il oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Astaradan keçən hissəsinin inşası ilə bağlı işlərin sürətlənməsi razılaşdırılıb. Bundan başqa Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi və səfirliyinin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi razılaşdırılıb.
İran mediası isə Novruz bayramı ərəfəsində Azərbaycan hökumətinin Tehranın Pasdaran rayonunda səfirlik üçün yeni mülk alması barədə xəbər yayıb. Hazırda binada işlərin aparıldığını və iyuldan səfirliyimiz yeni binada fəaliyyət göstərəcəyi bildirilir.
Həmçinin prezidentlər arasında sonuncu görüşdə qarşıdan gələn dövrdə də Azərbaycan və İranın ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcəyi razılaşdırılıb. Güman etmək olar ki, bu kurs İbrahim Rəisidən sonra da davam edəcək. Başqa sözlə, iki ölkə münasibətlərdəki gərgin dönəm artıq arxada qalıb.
Musavat.com
436 dəfə oxundu