AP seçkilərinin qalibi Avropa Xalq Partiyası oldu – Nələr məlumdur?
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayenin də təmsil olunduğu Avropa Xalq Partiyası Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə böyük fərqlə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa İttifaqı üzrə seçkilərin ilkin nəticələrini təqdim edən səlahiyyət müddəti başa çatan Avropa Parlamentinin rəhbəri Roberta Metsola bildirib.
Omun sözlərinə görə, partiya 720 yerdən 189-nu alacaq və bununla da AP-nin hazırkı tərkibi ilə müqayisədə mövqeyini yaxşılaşdıracaq.
Metsola seçkilərin nəticələrinə görə, sosialistlərin 135 mandatla ikinci, liberalların isə 80 mandatla üçüncü yerdə olduğunu bildirib.
Növbəti yerdə 72 mandatla mötədil sağçılar gəlir. Əsasən fransız “Milli Birlik” partiyasının daxil olduğu “Şəxsiyyət və Demokratiya” fraksiyasından ifrat sağçılar isə 58 mandatla beşincidir.
Parlament rəhbərinin sözlərinə görə, “Yaşıllar” parlamentdə 52 mandatla təmsil olunacaq, 98 deputat isə heç bir fraksiyanı təmsil etməyəcək. Fraksiyasız deputatlar arasında “Almaniya üçün Alternativ” də var.
Digər tərəfdən, Metsola, yeni Avropa Parlamentinin çərşənbə axşamı öz işinə başlayacağınn bildirib.
Qeyd edək ki, Ursula fon der Lyayen təmsil etdiyi partiyanın Avropa Parlamentinə (AP) seçkilərdə qazandığı qələbədən sonra yeni müddətə AK rəhbəri təyin olunacağına əmin olduğunu bildirib.
“Yeni müddətə təyin olunmağıma gəlincə, mən buna tam əminəm, baxmayaraq ki, qarşıda çox iş var”, - deyə o, AP-nin Brüsseldəki iqamətgahında keçirilən mətbuat konfransında deyib.
Avropa Xalq Partiyası da Ursula fon der Lyayenin növbəti dəfə AK rəhbəri vəzifəsinə təyin olunmasını tələb edib. Bunu partiya lideri Manfred Veber deyib.
Xatırladaq ki, Avropa İttifaqının Avropa Parlamentinə seçkilər 27 ölkədə keçirilib.
412 dəfə oxundu