Ermənistan London görüşündən niyə imtina etdi? - Açıqlama

Ermənistan London görüşündən niyə imtina etdi? -
Xəbər verdiyimiz kimi, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təklif olunsa da, ikinci tərəf bundan imtina edib.

Bəs, Ermənistanın bu görüşdən imtina etməsinin səbəbi nədir?

Bakupost.az -ın sualını politoloq Qabil Hüseynli cavablandırıb.

O, Ermənistanın bu görüşdən imtina etməsinin təəccüblü olduğunu bildirib:

“Bu günə qədər "bir aya sülh bağlanacaq", "sülh müqaviləsinin prinsipləri hazırdır" deyən Ermənistan tərəfi indi birdən-birə görüşdən imtina edir. Yəqin ki, bir azdan bütün nüanslar aydın olar və onların küskünlüyünün səbəbini ortaya çıxararıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
372 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...