Qarabağ müharibəsində döyüşmüş Sergey Uvarov Azərbaycanın dövlət mükafatı ilə təltif edilib

Qarabağ müharibəsində döyüşmüş Sergey Uvarov Azərbaycanın dövlət mükafatı ilə təltif edilib


Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarovu “Hərbi xidmətlərə görə” dövlət mükafatı ilə təltif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən təltifetmə mərasimində çıxış edən nazir müavini K. Vəliyev S. Uvarovun Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi dövrlə əlaqədar bu mükafata layiq görüldüyünü bildirib: “Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb. Müharibə vaxtı Azərbaycanda xidmət keçənlərin bir çoxu öz döyüş yoldaşlarına qoşularaq Azərbaycan xalqı ilə birlikdə ölkəmizin müstəqilliyi və bütövlüyünu müdafiə etdilər. Göstərdiyi şücaətə və ölkənin silahlı qüvvələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Sergey Uvarov ali dövlət mükafatı olan “Hərbi xidmətlərə görə” mükafatı ilə təltif olunub”.

S. Uvarov isə çıxışında ona verilən mükafata görə təşəkkürünü bildirib. Bu ali mükafata layiq görüldüyünə görə qürur hissi keçirdiyini söyləyən rusiyalı zabit döyüş yoldaşlarını və hərbi xidmət keçdiyi dövrü xatırlayıb: “Çox xoşbəxtəm ki, bu gün Azərbaycan və Rusiya arasında mehriban münasibətlər var. Azərbaycan ordusu bu gün 20 il bundan əvvəlkindən çox güclüdür. Azərbaycan ordusu bu yaxınlarda nəyə qadir olduğunu göstərdi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...