Rusiya Qarabağ üzrə danışıqların anonsunu verdi

Rusiya Qarabağ üzrə danışıqların anonsunu verdi

"Yaxın zamanda Qarabağ münaqişəsinə dair görüşlər keçiriləcək." Virtualaz.org bildirir ki, bunu "Novosti Armeniya" saytına müsahibəsində Rusiyanın Yerevandakı səfiri İvan Volınkin deyib. Səfir bu açıqlamanı Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı görüşün planlaşdırıldığı haqda sualı cavablandırarkən verib.

Onun sözlərinə görə, belə görüşlər lazımdır, çünki münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək olar. "Rusiya hər zaman münaqişənin həll olunması üçün səylər göstərib və bu səylər davam etdiriləcək. Təbii ki, görüşlər olacaq, bu məsələ müzakirə olunacaq. Hesab edirəm ki, bu, yaxın zamanda baş verəcək", -deyə səfir vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...