Kritik görüş: Ermənistanın son şansı...

Kritik görüş: Ermənistanın son şansı...


Bütün hallarda yeni proseslər gərgin bir dönəmin başlamasından xəbər verir. Bunu Axar.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü şərh edən İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, həmsədrlər və digər oyunçular hazırda mümkün müharibəni əngəlləməyə çalışırlar:

“Hələ ki, nə Azərbaycanın, nə Ermənistanın rəsmi reaksiyası var. Azərbaycan bundan öncə də bildirib ki, Ermənistanla danışıqlar masasına yalnız konkret məsələlərin müzakirəsi şərti ilə otura bilər. Bu isə rayonların boşaldılması, qaçqın və köçkünlərin qayıtmasından ibarətdir. Vyanada sözügedən görüş baş tutsa, bu və ya digər şəkildə güman etmək olar ki, Ermənistan Azərbaycanın şərtləri ilə qismən də olsa, razılaşır. Əgər görüş baş tutmasa, demək, Ermənistan Azərbaycanın şərtlərini qəbul etmir və real danışıqlara hazır deyil. Putinin Azərbaycana səfərinin gerçəkləşməməsinin bu hadisə ilə bağlılığını da istisna etmək olmaz. Bütün hallarda yeni proseslər gərgin bir dönəmin başlamasından xəbər verir. Həmsədrlər və digər oyunçular mümkün müharibəni əngəlləməyə çalışırlar. Bu dəfə də alınmasa, müharibə qaçılmaz olacaq”.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bəyanat imzalayıb. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüşməyinin vaxtı çatdığı deyilir. Görüşün 4 gün sonra, mayın 16-na təyin olunacağı da istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
752 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...