Sabir Rüstəmxanlı seçkiyə getməyə bilər

Sabir Rüstəmxanlı seçkiyə getməyə bilər


Vətəndaş Həmrəyliyi Partiyası (VHP) da bu həftə noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayacaq. GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Sputnik-ə açıqlamasında VHP lideri Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, artıq seçkidə iştirak edəcək VHP üzvlərinin siyahısı hazırdır və bu həftə Siyasi Şuranın keçiriləcək iclasında məsələ bir daha müzakirə olunaraq cəmiyyətə açıqlanacaq. “Partiya seçki qanunvericiliyinə uyğun olaraq artıq seçkiyə tam hazır vəziyyətdədir və seçkidə iştirakla bağlı MSK-ya müraciət edib. VHP-nin səlahiyyətli nümayəndələrinin siyahısı MSK-ya təqdim olunub. Seçkidə iştirak edəcək namizədlər isə yaxın günlərdə fərdi qaydada öz dairələri üzrə namizədliklərini irəli sürəcəklər. Demək olar ki, hər şey öz qaydasında gedir”- deyə S.Rüstəmxanlı bildirib.

Özünün seçkidə iştirakına gəldikdə isə S. Rüsrəmxanlı deyib: “Hələlik özümün seçkidə iştirakımla bağlı konkret qərarım yoxdur. Bu, partiyanın qərarından asılı olacaq. Məsələ Siyasi Şuranın iclasında müzakirə olunub qərar veriləcək. Əgər namizədliyimi irəli sürməklə bağlı qərar olsa, o zaman həmişəki kimi dünyaya göz açdığım 72 saylı Yardımlı dairəsindən namizədliyimi irəli sürə bilərəm. Mən ora ilə sıx bağlıyam. Ondan əlavə olaraq hazırda bir millət vəkili kimi bu rayonu təmsil edirəm və burada xeyli işlər görmüşəm. Bu baxımdan da seçicilər qarşısında üzüm ağdır.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1140 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...