“Seçkilərdə mütləq iştirak edəcəm” - İlyas İsmayılov

“Seçkilərdə mütləq iştirak edəcəm” -


Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun qarşıdan gələn parlament seçkilərində iştirak etməyəcəyinə dair informasiyalar yayılır.

“Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Arifoğlunun 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən namizəd ola biləcəyini söyləməsi 77 yaşlı qocaman deputatın seçkilərə qatılmayacağına dair fikirlərin həqiqət yükünü artır. O, səbəbdən ki, Rauf Arifoğlunun həmin dairədə nüfuzu daha çoxdur və İlyas İsmayılovun baş redaktorla rəqabət aparmaq imkanları zəifdir. Aktual.az seçkilərdə iştirak edib-etməyəcəyinə dair məsələyə Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun özündən münasibət öyrənib.

Portalımıza açıqlamasında millət vəkili bildirib ki, seçkilərdə iştirak edəcək: “Bununla bağlı qərarımı 10 gün öncə vermişəm. Seçkilərdə mütləq iştirak edəcəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...